İran tərəfi Zəngəzur dəhlizi ilə bağlı hücumlarını dayandırmır. Tribunainfo.az xəbər verir ki, bu ölkənin XİN başçısı Abbas Ərqaçinin açıqlamasından sonra digər dövlət rəsmiləri də davamlı olaraq fikirlərini bildirirlər.
Dünən İran parlamentinin vitse spikeri Əli Nikzad deyib ki, İranın sərhədlər, qonşular və dəhlizlərlə bağlı strateji siyasətləri sabitdir və milli maraqlara əsaslanır. “Parlamentarilərin Bakıda keçirilən son iclasında da vurğuladığım kimi, biz sərhədlərdə dəyişiklikləri qəbul etmirik. Rusiya və Azərbaycana məsləhətim odur ki, sərhədlərə hörmət etsinlər”.
Tribunainfo.az bildirir ki, keçmiş millət vəkili Mustafa Kavakbian da marafondan geridə qalmaq istəməyib. O deyib ki, İranın geosiyasi boğulması layihəsi 2020-ci ildən Zəngəzur dəhlizi adı ilə başlayıb. “Bu gün İrana qarşı böyük bir sui-qəsd planı start götürüb”.
Deputat Əhməd Naderi isə deyib ki, Rusiyanı başa salmaq lazımdır. “Əvvəllər İranın milli maraqlarına zidd hərəkətlər edildiyi halda ruslara lazımi cavab verilməməsi onların ikiqat təkəbbür göstərməsinə səbəb olub. Onlara başa salmaq lazımdır ki, strateji əməkdaşlıq maraqlardan imtina demək deyil”.
İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş rəhbəri Heşmətullah Fəlahətpişə isə İranla ABŞ-ın arasını daha da pozmaq cəhdi olduğunu vurğulayıb. “Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Rusiya prezidenti Vladimir Putinin İranın yeni hökuməti ilə ABŞ arasında kommunikasiya kanallarının formalaşmasının qarşısını almaq üçün qabaqlayıcı hücumu ola bilər”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta