AZ

Rusiyanın sərvəti 11 milyard dollar artıb - Sanksiyalar təsir etmir

Rusiya Mərkəzi Bankının açıqladığı məlumatlara görə, 2024-cü ilin sentyabrın 1-də dövlətin beynəlxalq ehtiyatları bir ay əvvəlki tarixlə müqayisədə təxminən 1,9 faiz artaraq 613,7 milyard dollara çatıb. 


Sfera.az xatırladır ki, bir ay öncə Rusiya dövləti 602,1 milyard dollar ehtiyatlara sahib idi. 


Beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və hökumət tərəfindən idarə olunan valyuta, qızıl və digər ehtiyat aktivlərdən ibarətdir. 


Rusiya dövlətinin sərvətinin dəyəri artsa da, dövlət onun yarısından istifadə edə bilir. Çünki Qərb ölkələri Ukraynadakı müharibə səbəbindən Rusiya Mərkəzi Bankının ehtiyatlarının təxminən yarısına çıxışı dondurub. 


Rusiyanın faktiki istifadə edə bildiyi ehtiyatların həcmi 300 milyard dollardır. 


Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında qızılın payı da yüksəkdir. Qızıl ehtiyatlarının həcmi cəmi ehtiyatların 29,8 faizini təşkil edir. Hazırda Rusiya dövləti 183 milyard dollar dəyərində qızıla sahibdir. 


Rusiya dövlətinin ehtiyatlarının artmasına ölkə banklarından valyuta çıxarılmasına qoyulan qadağa böyük köməklik göstərir. Qaydalara görə, Rusiya banklarında ölkə vətəndaşlarına məxsus olan xarici valyutadakı vəsaitlər yalnız rubl şəklində nağdlaşdırıla bilər. Bu qayda daha 6 ay müddətinə uzadılıb. Belə bir qaydanın mövcud olması banklardan xarici valyutanın çıxarılmasını məhdudlaşdırır ki, bu da Rusiya dövlətinin ehtiyatlarındakı artıma kömək edir. 


Vasif
 

Seçilən
59
1
sfera.az

2Mənbələr