AZ

Türkiyəfə 2 mütəşəkkil cinayətkar qrupa qarşı “Kuyu-23” əməliyyatı -29 şübhəli saxlanılıb

Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyalı şəkildə İstanbul Vilayət Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan işlər nəticəsində şəhər ərazisində fəaliyyət göstərən 2 mütəşəkkil cinayətkar qrupa qarşı “Kuyu-23” əməliyyatı keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabında məlumat verib.

Mütəşəkkil cinayətkar dəstənin üzvü olan 29 şübhəlinin tutulduğu əməliyyat zamanı 2 ədəd “AK-47” 9 ədəd sənədsiz tapança, 3 oğurlanmış motosiklet, 1 ədəd əməliyyatda istifadə edilən avtomobil, 1 ədəd oğurlanmış avtomobil, 4 ədəd xizək maskası, 2 polad jilet və çoxlu patron ələ keçirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
ikisahil.az

1Mənbələr