Koalisiya qüvvələri İraqdan çıxarılacaq - Foto
ABŞ və İraq hökumətləri ABŞ-nın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraq ərazisindən tamamilə çıxarılması üçün razılığa gəliblər.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Plana əsasən, yüzlərlə hərbçi 2025-ci ilin sentyabrına, qalanları isə 2026-cı ilin sonuna qədər ölkəni tərk edəcək.
Xatırladaq ki, koalisiya qüvvələri 2014-cü ildən İraqda “İslam Dövləti” (İŞİD) yaraqlılarına qarşı mübarizə aparmaq üçün yerləşdirilib. Yaraqlı qrup nəzarət etdiyi ərazidən çıxarılsa da, koalisiya qüvvələri orada qalıb.
ELÇİN