AZ

Paris-2024: Lamiyə ilə Orxan final mübarizəsinə başlayır

Parisdə keçirilən Paralimpiya oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün iki Azərbaycan paraatleti final mərhələsində çıxış edəcəklər.

Lamiyə Vəliyeva və Orxan Aslanov medal uğrunda yarışacaq. Lamiyə T13 kateqoriyasında 400 m məsafəyə qaçışda növbəti qızıl medalı qazanmaq əzmjndədir. O, bu növdə təsnifat mərhələsində 56,51 saniyəlik nəticə ilə 2-ci olub. Final Bakı vaxtı ilə saat 12:21-də başlayacaq.

Aslanov isə T13 kateqoriyasında uzunluğa tullanma növündə gücünü sınayacağ. Orxan çıxışına saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan idmançılarından İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva, Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və bürünc, Sabir Zeynalov (taekvondo) və Vəli İsrafilov (üzgüçülük) isə bürünc medal qazanıb.

Qeyd edək ki, paralimpiada sabah - sentyabrın 8-də başa çatacaq.

Seçilən
114
fanat.az

1Mənbələr