AZ

"Minsk razılaşmaları" bir tələdir və bir daha onlara dönmək olmaz" - Zelenski

 
"Rusiyada Hitlerin yolunun təkrarlanmasına dəstək verən informasiya vakuumunda olan hərbiləşdirilmiş cəmiyyət yaradılır..."
 
"Minsk razılaşmaları" tələdir və heç bir halda onlara dönmək olmaz, bu, ən pisi olardı. 
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Ambrozetti" beynəlxalq forumun 50-ci sessiyasında bəyan edib. 
 
"Minsk razılaşmaları" və sabit sülhə nail olunması barədə suala cavabında o, qeyd edib ki, Ukrayna bütün dünya, ilk növbədə Avropa üçün gələcək təhlükəsizlik infrastrukturunun bir hissəsidir. O, Minsk razılaşmalarını "tələ" adlandırıb.
 
"Misnk razılaşmaları" ən pisidir və onlara heç bir halda dönmək olmaz. Dondurulmuş münaqişə ən mürəkkəbidir. Bu, Rusiyaya təcavüzkar kimi hazırlaşmağa imkan verən fasilədir. Rusiyanın etdikləri də elə budur",- Zelenski vurğulayıb
 
Rusiya haqqında danışarkən dövlət başçısı qeyd edib ki, orada informasiya vakuumunda olan və "Hitlerin yolunun, sadəcə, təkrarlanmasına dəstək verməyə başlayan" hərbiləşdirilmiş cəmiyyət yaradılır.
 
Zelenski vurğulayıb ki, "Minsk razılaşmaları"nı gerçək təhlükəsizlik zəmanətləri ilə müqayisə etmək olmaz, çünki bu razılaşmalar münaqişənin dondurulması deməkdir. Ona görə də onların icrası mürəkkəb olub və heç kim də bunu etmək istəməyib. 
 
"Mən prezident kimi üzərimə düşənləri etməyə cəhd göstərmişəm. Mən Normand formatında Almaniya, Fransa, Rusiya və Ukraynanın iştirakı ilə görüşə qatılmışam. Biz atəşkəs barədə razılıq əldə etmişik. Bir neçə müddətdən sonra onlar təmas xəttində bizi qətlə yetirməyə başladılar. Mən Putinə zəng vurdum və dedim ki, axı, biz razılaşma əldə etmişik, o da cavabında "hə, biz indi bu yanlışlığı aradan qaldırarıq" deyib. Bir müddətdən sonra onlar bizi yenidən qətlə yetirməyə başladılar. Onlar buna hazırlaşıb və heç bir dondurulmuş münaqişədən söhbət getməyib",- Zelenski deyib.
 
Zelenskinin yeni bəyanatları 
 
Xəbər verildiyi kimi, Zelenski bəyan edib ki, o, Kremlə zərbə endirə bilmədiyi üçün təəssüflənir. Uzaqmənzilli vasitələrdən danışarkən prezident qeyd edib ki, o, tərəfdaşlarına yardım üçün minnətdardır. 
 
"Lakin müəyyən yanlışlıqlar da var. Kremlə zərbə vura bilmədiyimizə görə mən təəssüf edirəm. Çünki sizin və tərəfdaşlarınızın uzaqmənzilli vasitələrinin imkanları təxminən 200 km təşkil edir. Bu, azdır. Sizin istehsalçılar daha çalışqan olmalıdır. Siz anlamalısınız ki, mən zarafat edirəm", - prezident deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
19
moderator.az

10Mənbələr