AZ

"Əlacsız vəziyyətdə qalmışıq" - Qazi anası xeyirxah insanlara müraciət etdi + FOTOLAR

“Dəfələrlə YAŞAT Fonduna, digər yardım fondlarına müraciət etsək də, bir nəticə verməyib”

44 günlük Vətən müharibəsi iştirakçısı, Xocavənd, Füzuli, Ağdam istiqamətində gedən aktiv döyüş əməliyyatlarında iştirak edərək, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmiş Novruzov Haxverdi Qədrəddin oğlunun hazırda imkanlı şəxslərin köməyinə ehtiyacı var. 24 yaşlı gənc 2023-cü ilin 4 dekabr tarixində düşdüyü ağır avtomobil qəzasından sonra sağlamlığını itirib.

Haxverdinin anası Gülsara Novruzava "AzPolitika"-ya müraciətində bildirib ki, oğlu bu müddət ərzində əməliyyat olunub, bir neçə dəfə müalicə alsa da, tam olaraq əvvəlki sağlamlığına qovuşa bilməyib: "Ötən ilin dekabrında axşam saatlarında Zabrat ərazisində yolu keçən zaman oğlumu avtomobil vurub. Sürücünün köməyi ilə oğlumu Sabunçu xəstəxanasına aparıblar. Ağ ciyəri, qara ciyəri zədələnən, beyninə qan sızan övladım burada əməliyyat olunub. Lakin həmin xəstəxanda şərait olmadığından, həkimlərin də məsləhəti ilə onu Mərkəzi Xəstəxanaya köçürdük. Beyninə qan sızmışdı. Süni nəfəs aparatına qoşulu vəziyyətdə, təxminən 2-3 ay bu xəstəxanda qaldı. Beynindəki qanı qurudub, oğlumu oyatdılar. Oyandıqdan sonra bizi tanımadığı üçün bir ay da Nevroloji xəstəxanada qalmalı oldu".

G. Novruzova qeyd edir ki, əməliyyatdan sonra övladının nəfəs almasında ciddi problemlər yaranıb:"Uzun müddət süni aparata qoşulu vəziyyətdə qaldığı üçün Haxverdinin nəfəs borusu daralıb, normal nəfəs almaqda çətinlik çəkir. Övladımı "Medical Plaza"ya gətirdik, burada bizə dedilər ki, Haxverdinin əməliyyatdan sonra ağ və qara qaraciyərindəki yara tam olaraq bitişməyib. Bu səbəbdən onun əməliyatının mümkünsüz olduğunu dedilər. 4500 manat ödədikdən sonra övladımı pulmonar balon valvuloplastika əməliyyatı etdilər. Nəfəs borusundakı darlığı açdılar. Lakin cəmi 1 ay keçmədi ki, nəfəs borusu yenidən tutuldu. Dərhal "Medical Plaza"ya yollandıq burada bizə dedilər ki, yenidən 4 min manat ödəniş olunmalıdır.Çarəsizlikdən övladımı evə gətirdik. Qısa bir müddət sonra nəfəs almasında problem yarandı. Ağır vəziyyətdə onu Yeni Klinikaya gətirdik. Burada da bizə dedilər ki, açıq əməliyyat etmək olmaz. Yalnız balon və ya buzlaşma üsulu ilə bir müddətlik nəfəs borusunun açıla biləcəyini dedilər. Açıq əməliyyat olsa, oğlum danışa bilməyəcək. İndi əlacsız vəziyyətdə qalmışıq. Nəfəs borusu tutuludğu üçün ayda iki dəfə xəstəxanaya gedirik. Buzlaşma edilir nəfəs borusu açılır, qısa müddət sonra yenə tutulur...".

G. Novruzova maddi vəziyyətlərinin yaxşı olmadığını, bu səbəbdən də imkanlı şəxslərdən yardım istəməyə məcbur olduqlarını deyir: "Birotaqlı evdə altı nəfər yaşayırıq. Hazırda özüm marketdə xadimə işləyirəm, həyat yoldaşım da, digər oğlum da fəhlədir. Bugünədək Haxverdinin müalicəsini banklardan götürdüyümüz kredit, xəbər saytlarında yayımlanan yardım elanlarımıza biganə qalmayan insanların köməkləri hesabına etmişik. Dəfələrlə YAŞAT Fonduna, digər yardım fondlarına müraciət etsək də, bir nəticə verməyib. Hazırda ev şəraitində müalicə alan oğlumun vəziyyəti ağırdır. Burada müalicəsi mümkün olmadığından, Türkiyəyə aparmaq istəyirik. Ancaq maddi imkanımız buna əl vermir. Çarəsiz vəziyyətdə qalmışıq. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm".

Əlaqə nömrəsi: 077 325 87 17

Kart nömrəsi: 4098 5844 9623 3485 (Leobank)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
hurriyyet.az

1Mənbələr