1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Futbol üzrə İspaniya milli komandasının və İtaliyanın "Milan" klubunun futbolçusu Alvaro Moratanın keçmiş həyat yoldaşı Alisa Kampello hücumçu ilə ayrıldıqdan sonra gələcək planları və boşanması barədə danışıb.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı model hazırda uşaqları ilə Madriddə yaşadığını bildirib.
"İtaliyaya köçməyimiz doğru deyil, baxmayaraq ki, yəqin ki, tezliklə Milana köçəcəyəm. Ancaq hələ Milanda mənzil axtarmamışam. Mən sadəcə olaraq övladlarımın atalarını görmələrini istəyirəm.
Boşanma müqaviləsi necə olacaq? Hələ heç nə müzakirə olunmayıb, biz hələ heç nə barədə razılığa gəlməmişik, tələsmirik və hazırda mənim başqa prioritetlərim var. Məsələn, mən uşaqlarımla harada yaşayacağam? Amma aydın olan odur ki, bu, mübahisəli boşanma olmayacaq. Bizim eyni hüquqşünaslarımız və əla münasibətimiz var!" - deyə Alisa Kampello vurğulayıb.