AZ

Bomba hədəsinin əsassız olduğu ortaya çıxdı

Hindistan-Almaniya reysini həyata keçirən Air Vistara Hava Yollarına məxsus sərnişin təyyarəsi dünən yalançı bomba təhdidi səbəbilə Ərzurum hava limanına eniş etməli olduqdan sonra 234 sərnişin və 13 ekipaj üzvünün şəhərdə gözləməsi davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, sərnişinlərin Ərzuruma çatan yeni təyyarə ilə saat 14:30-da Frankfurta yola düşməsi gözlənilir.

Dünən Hindistanın Mumbay şəhərindən Almaniyanın Frankfurt şəhərinə uçan “Air Vistara Airlines” aviaşirkətinə məxsus UK27 nömrəli sərnişin təyyarəsi bomba hədəsi ilə saat 16:30 radələrində Ərzurum hava limanına məcburi eniş edib. Hava limanına çox sayda polis, jandarma, UMKE qrupları sövq edilib. Polis qrupları ətrafda tədbir görüb, hava limanı işçiləri və vətəndaşlar ərazidən çıxarılıb, təyyarədə olan 234 sərnişin və 13 ekipaj üzvü təxliyə edilib. Gecə yarısına qədər təyyarəyə daxil olan bomba mütəxəssislərinin işi nəticəsində heç bir partlayıcı element tapılmayıb. Ərzurum valisi Mustafa Çiftçi Ərzurum hava limanının saat 23:30-dan etibarən uçuşlara açıldığını açıqlayıb.

Bu gün təyyarələr səhər normal reyslərini yerinə yetirərkən, hindistanlı sərnişinlər səhəri beynəlxalq uçuşlar xidmətində keçiriblər.

Müəllif: Söylü Ağazadə
Seçilən
135
43
sia.az

10Mənbələr