AZ

Fələstinə dəstək nümayişləri davam edir

Niderlandda tələbələr universitet rəhbərliyinin İsrail institutları ilə əməkdaşlığı davam etdirməsinə etiraz olaraq Fələstinə dəstək nümayişlərini bərpa ediblər.

"Cebheinfo.az" xəbər verir ki, yeni tədris ilinin başlaması ilə birlikdə Amsterdam Universitetinin Roeterseiland (UvA) kampusuna toplaşan yüzlərlə tələbə və akademik universitet rəhbərliyini İsrail institutları ilə əlaqələrini kəsmədiyi üçün tənqid edib.

UvA rəhbərliyi tələbələr kampusa toplaşdıqdan sonra ehtiyat tədbiri olaraq əsas girişini bağlayıb, kampus ətrafında çoxlu sayda polis yerləşdirilib.

Nümayişçilər daha sonra şəhər mərkəzinə gedib və Spui küçəsindəki UvA-nın Maagdenhuis binasının qarşısına toplaşıblar. Burada da tələbələr bir müddət şüar və etirazlarını davam etdirərək aksiyanı yekunlaşdırıblar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
cebheinfo.az

1Mənbələr