AZ

“ABŞ yalnız bu halda Rusiyaya qarşı sanksiyaları ləğv edəcək” - Medvedev AÇIQLADI

"ABŞ dağılmadan Rusiyaya qarşı sanksiyaların ləğvini gözləmək əbəsdir". 


Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” səhifəsində yazıb.


Onun fikrincə, ABŞ prezidentliyinə namizədlərdən sanksiyalar siyasətində sürprizlər gözləmək lazım deyil.

 

“Çünki Vaşinqton Moskvaya tətbiq etdiyi məhdudiyyətləri yalnız Birləşmiş Ştatlar parçalanacağı təqdirdə aradan qaldıracaq”, - deyən Medvedev xatırladıb ki, XX əsr boyu SSRİ-yə qarşı da sanksiyalar olub.

 

O bunu əsas gətirərək bildirib ki, Rusiya da sanksiyalardan tezliklə xilas olmayacaq: “Buna görə də, Rusiya üçün sanksiyalar əbədi qalacaq. Yalnız yeni vətəndaş müharibəsi nəticəsində ABŞ dağılandan sonra sanksiyalar aradan qalxacaq. Hollivud vətəndaş müharibəsi haqqında filmlər də çəkir”. 


Medvedev əlavə edib ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp da prezident seçilsə, ABŞ-nin davranışlarında dəyişiklik baş verməyəcək. 


Vasif
 

Seçilən
163
50
sfera.az

10Mənbələr