AZ

Təranənin qızı bu dəfə başqa oğlanla görüntüləndi

ABŞ-ın İndiana ştatında kiçik tək mühərrikli təyyarə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə “Madison County” şerif ofisinin kapitanı Darvin Dviggins açıqlama verib.

O bildirib ki, təyyarə Ayova ştatından İndiana reysi zamanı enmək üzrə olduğu Anderson hava limanı yaxınlığında qəzaya uğrayıb.

Dvigginsin sözlərinə görə, şahidlər təyyarənin enişdən əvvəl tərs çevrildiyini və qarğıdalı sahəsinə çırpıldığını bildiriblər.

Təyyarənin alovlandığını vurğulayan Dviggins qəza nəticəsində 4 nəfərin həyatını itirdiyini qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
publika.az

2Mənbələr