Bakı. Trend:
Çinin cənubunda 1,2 milyondan çox sakin “Yagi” qasırğasındanmüxtəlif dərəcədə zərər çəkib.
Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Çin Mərkəzi Televiziyası qasırğa nəticəsində 3nəfərin öldüyünü, 95 nəfərin yaralandığını bildirib. Təbii fəlakətşəhər və kənd yerlərində infrastruktura ciddi ziyan vurub, həmçininnəqliyyat əlaqələrinin qismən dayandırılmasına səbəb olub. Şiddətlikülək binaların damlarını uçurub, yük maşınlarını aşırıb.
Çin Sədri Si Cinpin qasırğanın nəticələrinin aradan qaldırılmasıüçün tədbirlərin gücləndirilməsi barədə göstəriş verib. O,zədələnmiş nəqliyyat, energetika, rabitə və digərinfrastrukturların tezliklə bərpa olunmasına, insanların həyat vəəmlakının təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsinəçağırıb.