AZ

Paris-2024: Raman Saley finala vəsiqə qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb.

İdmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə çıxış edib.

O, finişə 58.16 saniyəyə çatıb.

Saley 13 iştirakçı arasında ikinci olub. İlk 8 yeri tutan paraüzgüçü həlledici raundda mübarizə aparacaq.

Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paris-2024 sentyabrın 8-də başa çatacaq.

Seçilən
2
20
cbcsport.az

10Mənbələr