AZ

Qəzzada son 24 saat: 37 fələstinli...

İsrail ordusunun cümə günü səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 37 fələstinlinin həlak olduğu bildirilib.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinad edərək xəbər verir.

Diqqətə çatdırılıb ki, Cibəliyyə bölgəsində köçkün fələstinlilərin çadırlarının yerləşdiyi Həlimə əs-Sədiya məktəbinə pilotsuz təyyarə ilə raket hücumu nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Həmçinin, İsrailin Nuseyrat Qaçqınlar Düşərgəsinin qərbindəki bir evə hücumu nəticəsində həyatını itirən 5 nəfərin cənazəsi Əl Əqsa Şəhidləri Xəstəxanasına gətirilib.

İsrail qüvvələrinin intensiv bombardmanlarına məruz qalan Zeytun rayonunun cənub-şərqindəki ərazilərdə də böyük partlayışlar baş verib.

Bununla da, son 24 saat ərzində İsrail ordusunun hücumları nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Əli Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
50
bakivaxti.az

10Mənbələr