AZ

Roma Parisə qarşı  Bakının yanında

Azərbaycan Prezidenti İlham Əliyevin bu həftə İtaliyaya səfəri rəsmi Bakının Cənubi Qafqazda və Avropada hədəflədiyi maraqların sinxron ifadəsi kimi diqqətəlayiqdir. Azərbaycanın İtaliya ilə əlaqələrini genişləndirməsi ikitərəfli münasibətlərə strateji qazanclar gətirir.
Avropa İttifaqının və dünyadakı “böyük yeddiliy”in güclü üzvlərindən biri olan İtaliya ilə dostluq münasibətləri Azərbaycanın manevr imkanlarını genişləndirir. Azərbaycanın İtaliya vasitəsilə qazandığı mövqelər onun Avropa İttifaqının diqqət mərkəzinə düşmək imkanlarını artırır.

İtaliyanın xarici siyasətinə ümumi baxış

Prezident İlham Əliyevin İtaliyaya səfərinin xarici siyasətdəki konturlarını görə bilmək üçün, rəsmi Romanın qlobal və regional arenalarda yürütdüyü kursun mahiyyətinə diqqət etmək lazımdır. İtaliya NATO üzvü kimi kollektiv öhdəliklərdən irəli gələrək münaqişələrə qarşı mübarizədə Transatlantik məkanın strateji mövqeyini qoruyub saxlayır. Misal üçün, o, Rusiya-Ukrayna münaqişəsində Ukraynanı dəstəkləyir, paralel olaraq isə Aralıq dənizi regionunda rolunu gücləndirir.

Bununla belə, İtaliya Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxsa da, Pekin ilə əlaqələrin yenilənməsinə qərar verib. Roma Pekinlə iqtisadi cəhətdən faydalı olmaq reallıqlarına əsaslanan siyasətin tərəfdarıdır.

İtaliya ABŞ ilə Çin arasında daha geniş strateji çəkişmələrə qarışmamağı üstün tutur, hərçənd ki, eyni zamanda Avropa İttifaqının Pekinlə əlaqədar ümumi narahatlıqlarından da üzərinə məsuliyyət götürür.

İtaliyanın Rusiya ilə münasibətlərində isə ikitirəlik müşahidə olunur. Hazırda rəsmi Roma birmənalı olaraq Kiyevi dəstəkləsə də, Nazirlər Kabineti və müxalifət daxilində fərqli fikirlər də mövcuddur.

Üst-üstə düşən məqamlar

İtaliya xarici siyasətdə qarşılıqlı anlaşmanın vacibliyi üçün ortaq baxışların yaradılmasına çalışır. Yəni rəsmi Roma NATO-nun kollektiv yanaşmalarına sadiq qalsa da, ümumilikdə qarışıq dünya nizamında hansısa geosiyasi qütbün məhdudiyyətsiz dominantlığının yarada biləcəyi genişmiqyaslı eskalasiya risklərindən çəkinir. Bu, Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti ilə üst-üstə düşən məqamların əksi kimi diqqətdən kənarda qala bilməz. Bu mənada İtaliyanın Cənubi Qafqaz regionundakı maraqları da nəzərəçarpacaq dərəcədə əhəmiyyət daşıyır. İtaliya Cənubi Qafqazda geosiyasi qarşıdurmaların gələcəkdə necə inkişaf edəcəyinə dair aydın hesablamalar aparmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərə önəm verir.

İtaliya ilə Azərbaycan arasındakı əlaqələr Cənub Qaz Dəhlizi layihəsi ilə daha da bərkiyib (TAP qolu) və bu, qarşılıqlı anlaşma üçün böyük dərəcədə qiymətli rol oynayıb. Ancaq indi həm Azərbaycan, həm də İtaliya bu əlaqələri daha yüksək zirvələrə doğru inkişaf etdirmək üçün yenilənmiş yanaşmaları qarşılıqlı maraqlar əsasında prioritetləşdirmək planlarını müzakirə edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
publika.az

1Mənbələr