AZ

Daha bir idmançımız Paralimpiya ÇEMPİONU oldu

Azərbaycan paraatleti Orxan Aslanov “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, T13 kateqoriyasında çıxış edən idmançı uzunluğa tullanma yarışında qüvvəsini sınayıb.

O, 7,29 metr məsafə göstərici ilə qızıl medal qazanaraq Paralimpiya çempionu olub.

Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı doqquza (4 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
10
bizim.media

10Mənbələr