Vurulan Rusiya pilotsuz təyyarələrinin qalıqları Kiyevin mərkəzində Ukrayna Ali Radası yaxınlığında yerə düşüb. Heç bir ziyan aşkar edilməyib.
Axar.az xəbər verir ki, bu barədə Ali Radanın Teleqram kanalı məlumat yayıb.
“Sentyabrın 7-də Rusiya pilotsuz təyyarələrinin gecə hücumundan sonra Ali Radanın binası yaxınlığında vurulmuş pilotsuz təyyarənin qalıqları tapılıb”, - məlumatda deyilib.