AZ

Vilayət Eyvazov TDT üzv dövlətlərin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib

Sentyabrın 6-da daxili işlər naziri general-polkovnik Vilayət başçılıq etdiyi nümayəndə heyəti Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

İclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, cinayətkarlığa, o cümlədən ekstremizmə, insan alverinə, kibercinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə mübarizə tədbirləri müzakirə edilib.

Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin birinci toplantısının Bəyannaməsini imzalayıblar.

Seçilən
42
7
yenicag.az

8Mənbələr