1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə oyunları çərçivəsində baş tutan Uruqvay - Paraqvay oyunu 37 yaşlı uruqvaylı hücumçu Luis Suares üçün millidə sonuncu olub.
Oxu.Az xəbər verir ki, 0:0 hesabı ilə bitən oyunda L.Suares start heyətində meydana daxil olub və final fitinə qədər meydanda qalıb.
Məlumat üçün əlavə edək ki, Luis Suares Uruqvay millisində 2007-ci ilin fevralında 20 yaşında debüt edib.
Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı ilk dəfə üç ölkədə - Kanada, ABŞ və Meksikada keçiriləcək.