AZ

Millinin düşərgəsində zədələndi: “Real” qəzəbləndi

“Real” mərkəz müdafiəçisi Eder Militaonun Braziliya millisində aldığı zədədən son dərəcə narazıdır.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “kral klubu” oyunçusunun növbəti dəfə milli komandanın düşərgəsində zədələnməsindən qəzəblənib.

“Əgər Militaonun zədəsi gözlənildiyindən daha mürəkkəbdirsə, ümid edirik ki, düz bir ay ərzində onu tam bərpa edə biləcəyik. Həmin vaxt isə o, yenə də milli komandanın düşərgəsinə qayıdacaq”, – mənbə “Real”ın həkimindən sitat gətirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
publika.az

1Mənbələr