AZ

ABŞ-dan Ukrayna ilə bağlı bədbin proqnoz: Bir dövlət kimi ayaqda qala bilməyəcək

Rusiya Silahlı Qüvvələrinin hücumu səbəbindən Ukrayna Silahlı Qüvvələrinin bölmələri Donbasda xeyli geri çəkiliblər.

Publika.az xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson “Dialogue Works” "YouTube" kanalı ilə söhbətində bildirib.

Onun sözlərinə görə, Rusiya təkcə əraziləri azad etmir, həm də ukraynalıları sürətlə geri çəkilməyə vadar edir: "İş o yerə çatıb ki, artıq Pokrovsk (Krasnoarmeysk) rusları gözləyir”.

Larri Conson qeyd edib ki, Ukrayna qüvvələri hazırda gündə orta hesabla təxminən 2300 əsgər itirir.

Analitikin fikrincə, əgər hərbi əməliyyatlar indiki intensivliklə davam edərsə, o zaman Ukrayna qoşunları uzun müddət dayana bilməyəcək və Ukrayna bir dövlət kimi ayaqda qala bilməyəcək.

Seçilən
101
publika.az

1Mənbələr