AZ

Gürcüstanda əcnəbiləri 3,1 milyon avro aldadan dələduzlar SAXLANILIB

Gürcüstanda əcnəbiləri 3,1 milyon avroya yaxın aldadan fırıldaqçılar saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “NewsGeorgia” məlumat yayıb. Bildirilir ki, Gürcüstanda 4 nəfər saxlanılıb. Daha 2 nəfərə saxta zəng mərkəzləri ilə bağlı qiyabi ittiham irəli sürülüb.

Gürcüstan prokurorluğu Almaniya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində transmilli cinayətin aşkar edilməsi barədə məlumat yayıb.

Çağrı mərkəzinin arxasında Gürcüstanın “Morgan Limited LLC” şirkəti olduğu iddia edilir. Şirkətin təsisçisi Ukrayna vətəndaşı olub.

Qrup üzvləri 2019-2021-ci illər ərzində Almaniya, Sloveniya və Slovakiya vətəndaşlarını təxminən 3,1 milyon avro məbləğində aldadıblar.

Cinayət sxemi qurbanların investisiya etməyə dəvət olunduğu uydurma ticarət platformalarının yaradılmasını əhatə edirdi.

Fırıldaqçılar qurbanların cihazlarına uzaqdan giriş yaradıb, pullarını elektron cüzdanlarına köçürüb və investisiyalarında saxta artım nümayiş etdiriblər.

Vəsaitləri qaytarmaq istəyərkən zərərçəkmişlərlə bütün əlaqə dayandırılıb. Əldə edilən pullar daha sonra bank hesabları və daşınmaz əmlak alqı-satqısı yolu ilə yuyulub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
122
interpress.az

1Mənbələr