Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində Test and Training Mərkəzi fəaliyyət göstərir. Ümumi sahəsi 6 hektar olan Sürücü Təlim Mərkəzində praktiki təlimlər üçün beynəlxalq standartlara cavab verən xüsusi yollar salınıb. Burada şəxsi avtomobilinizlə maşın sürməyi öyrənə bilərsiniz. Eyni zamanda, mərkəzdə sürücülərə praktik və nəzəri məlumatları əks etdirən təlimlər keçirilir.
“Hər dəfə fərqli qiymət oxuyurlar”
Bizim.Media-ya Test and Training Mərkəzi ilə bağlı daxil olan şikayətə görə, şəxsi avtomobili ilə həmin ərazidə təlimçisiz maşın sürməyi öyrənmək istəyənlərə hər dəfə fərqli qiymət deyilir. Şikayətçi iddia edir ki, bu qiymət 150 manata qədər qalxır. Son dönəmlər isə mərkəzə gələn sürücülərdən 120 manat ödəniş tələb olunduğu deyilir.
Bəs Test and Training Mərkəzində sabit qiymət yoxdur?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov Bizim.Media-ya bildirib ki, şəxsi avtomobillə həftəiçi təlimin 1 saatı 40 AZN, həftəsonu 1 saatı 50 AZN təşkil edir. Müraciət edənlərə istəklərinə uyğun olaraq təlim paketləri də təqdim olunur.
Qiymətlər isə belədir:
Təlim paketləri:
5 dərs - 199 AZN, 10 dərs - 349 AZN
Şəxsi avtomobildə təlimçi ilə təlim:
həftəiçi: 1 saatı 50 AZN
həftəsonu: 1 saatı 60 AZN
Drift:
həftəiçi: 1 saatı 100 AZN
həftəsonu: 1 saatı 120 AZN
Fərdi-təhlükəsiz idarəetmə təlimi:
1 nəfər üçün 250 AZN
Qrup halında:
1 nəfər üçün 180 AZN (minimum 8 nəfər)
Ehtiyatlı idarəetmə təlimi (qrup halında):
1 nəfər üçün 150 AZN
Çəkiliş (reklam xarakterli):
həftəiçi: 1 saatı 150 AZN
həftəsonu: 1 saatı 180 AZN
AYNA-dan o da bildirilib ki, COP-29-la əlaqədar Təlim-Tədris Mərkəzinin iş yükünün artması ilə bağlı təlimlər fasilələrlə keçirilir.
Nuray, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta