AZ

Zidan karyerasını bərpa edir?

Fransalı mütəxəssis Zinəddin Zidan məşqçilik karyerasına qayıda bilər.

90deqiqe.Az-ın “L'Équipe”yə istinadən məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubu tezliklə baş məşqçisini dəyişə bilər. 

Bildirilir ki, Zidan "Old Trafford"da mümkün işdə maraqlı olduğunu klub rəhbərliyinə açıqlayıb.

Xatırladaq ki, Zinəddin Zidan “Real Madrid”ə 2016-2018 və 2019-2021-ci illərdə rəhbərlik edib. Fransız məşqçi Los Blankosla birlikdə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun qalibi və üç dəfə Çempionlar Liqasının qalibi olub.

Bu mövsüm "Mançester Yunayted" üç turdan sonra üç xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
90deqiqe.az

1Mənbələr