Tehran və Moskva arasında böyük saziş BRİKS-də imzalana bilər
İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş oktyabrda BRİKS-in Kazanda keçiriləcək sammitində və ya daha sonra prezidentlərin ayrıca görüşündə imzalana bilər.BUTA.TV xəbər verir ki, bunu TASS-a İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali deyib. Səfir ölkələr arasında böyük sazişin hazırlanması prosesinin başa çatdığını da vurğulayıb.