I Liqanın ilk turunun oyun cədvəli açıqlanıb.

İlk matçda "Karvan" "Qaradağ Lökbatan"ı qəbul edəcək. Bu qarşılaşma hər iki komanda üçün vacibdir. "Qaradağ Lökbatan"ı "Karvan"la oyuna hazırdır? İlk matça kimi kollektivdə hansısa dəyişiklər olacaq? Transfer gözlənilir? Suallarımızla bağlı məlumat almaq üçün klubun baş məşqçisi Azər Həşimova müraciət etdik. Çalışdırıcı Offsideplus.az-a açıqlamasında bunları söylədi: 

"Xeyr, planda transfer yoxdur. Hazırda məşqlərimizi davam etdiririk və oyuna hazırlıq prosesindəyik. Güman edirəm ki, oyun günü tam hazır olacağıq."