AZ

ABŞ və Britaniya kəşfiyyatı Qəzzada atəşkəs və məhbus mübadiləsi üzərində çalışır

Bakı. Trend:

Qəzzada atəşkəs razılaşması əldə etmək məqsədini daşıyanfəaliyyətlər davam etdirilir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞMərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns vəBritaniya Xarici Kəşfiyyat Xidmətinin (MI6) direktoru Riçard Muraçıqlama veriblər.

Onlar bildiriblər ki, Qəzzada gərginliyin azaldılması üçünkəşfiyyat kanalları vasitəsilə irəliləyiş əldə edilməyəçalışırlar.

“Burns və Mur, Qəzza zolağında atəşkəs və məhbus mübadiləsiməsələsində razılaşma əldə etmək üçün fasiləsiz çalışdıqlarınıvurğulayıblar. Bu razılaşmanın fələstinli mülki əhalininiztirablarına son qoyacağı və oktyabrın 7-dən etibarən Qəzzadasaxlanılan israilli məhbusların evlərinə qayıtmasına imkanyaradacaq“, - məlumatda qeyd olunub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
az.trend.az

2Mənbələr