AZ

“Neftçi”də bu gün – Qriqorçuk bir hücumçunun razılığını aldığı, birini də...

“Neftçi” yaxın günlərdə yeni transfer edəcək.

Baş məşqçi Roman Qriqorçuk bununla bağlı klub rəhbərliyinin razılığını alıb.

Bakılılar ən azı 1 legioner alacaq. Ukraynalı çalışdırıcı ilk növbədə hücum xəttinin gücləndirilməsini istəyib. Onun ardınca ikinci əcnəbi də düşərgəyə təşrif buyura bilər.

Bu da hazırda komandada olan xarici futbolçulardan hansınınsa müqaviləsinə xitam verilməsindən asılıdır.

Qriqorçuk xidmətində maraqlı olmadığı legionerlərin siyahısını rəsmilərə təqdim edib və əgər onlardan birini vaxtından əvvəl göndərmək planı baş tutsa, yeni yarımmüdafiəçini də Bakıda görə bilərik.

Elə ukraynalı idman jurnalisti Vladislav Lutostanskida saytımızın yaydığı məlumatı ictimaiyyətlə bölüşüb. Həmkarımız Qriqorçukun rəhbərlik etdiyi Bakı təmsilçisinin tezliklə daha bir neçə futbolçuyla güclənəcəyini deyib:

“Qriqorçukun Bakıdakı günləri yaxşı keçmir. Onun komandası premyer-liqanın ilk 5 turunda qələbə qazana bilməyib.

4 heç-heçə, 1 məğlubiyyət azarkeşlərin etirazıyla qarşılanmaqdadır. Uğursuz nəticələr kollektivin güclü futbolçulardan qurulmadığını göstərir.

Qriqorçuk bu üzdən azı iki yeni oyunçunun alınmasını tələb edib. Vəziyyət rəhbərliyi baş məşqçinin istəyinə müsbət cavab verməyə məcbur edib.

Mütəxəssis ona təqdim olunan siyahıdan yeni seçimlər edəcək”.

«Neftçi» yeni mövsüm üçün 9 transfer edib. Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer,Andrey Ştoqrin, Rüstəm Samiqullin (icarə, "Sabah"), Rafal Quzzo, Mustafa Sek və Dembo Darbo ağ-qara formanı geyinməyə başlayıb.

Seçilən
54
sportinfo.az

1Mənbələr