“Instagram”, “Google” və “Amazon”un istifadəçiləri dinləməsi ilə bağlı iddialar ciddi qalmaqala səbəb olub.
Publika.az verir ki, bununla bağlı “Cox Media Group”dan (CMG) təqdimat sənədləri sızıb.
Təqdimatda bildirilir ki, “CMG” daha konkret reklam hədəflənməsi üçün səs məlumatlarını dinləyir.
Bu məlumatlatdan sonra “Google” “CMG”ni proqramından çıxarıb. “Meta” isə onun istifadə şərtlərini pozub-pozmadığını yoxlamağa başlayıb. “Amazon” isə belə bir əməkdaşlıqda olmadığını və qaydaların pozulması halında lazımi addımları atacağını açıqlayıb.