AZ

Sisi Türkiyədən qayıtdıqdan sonra 151 nəfəri azad etdi

Misir administrasiyası 151 nəfər məhbusu azad edib.

Publika.az xəbər verir ki, amnistiya “Milli Dialoq Şurası”nın tövsiyəsinə uyğun olaraq, prezident Əbdülfəttah əs-Sisinin təsdiqi ilə həyata keçirilib.

Azadlığa buraxılan şəxslərin hansı ittihamlarla saxlandığı barədə məlumat xəbərlərdə yer almayıb.

Qeyd edək ki, Sisi 2023-cü il aprelin 21-də ölkədə siyasi dialoqa başlamaq niyyətində olduğunu, daha sonra isə 24 aprel 2023-cü ildə Əfv Komitəsinin fəaliyyətə başladığını və Milli Dialoq Şurası yaradıldığını bildirib.

Seçilən
86
publika.az

1Mənbələr