AZ

Paris-2024: Raman Saley finala vəsiqə qazandı

12:50

"Abzas Media"nın direktoru Ülvi Həsənli və əməkdaşı Hafiz Babalı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.

Xatırladaq ki, H.Babalı və Ü.Həsənli ötən il saxlanılıb. Daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli biliniblər. Daha sonra "Abzas Media"nın əməkdaşlarına qarşı yeni ittihamlar irəli sürülüb.

***

“Abzas media”nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.

Qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabrında Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinərək həbs olunub.

***

"Abzas Media" işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Qərar Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Qərara əsasən, onun həbs müddəti daha üç ay uzadılıb.

Qeyd edək ki, N.Absalamova ötən ilin dekabr ayının birində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
axar.az

1Mənbələr