AZ

Xankəndi və Şuşada silah-sursat tapılıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb. Bu barədə DİN mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd müxtəlif çaplı patron və digər sursatlar tapılıb. 

Budab əlavə, Şuşa şəhəri ərazisindən də 1 avtomat silahı, Xocalı rayonu ərazisindən isə 18 mərmi aşkar edilərək götürülüb.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
42
xalqqazeti.az

10Mənbələr