AZ

Çin uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsinə qadağa qoyub

Çin hakimiyyəti uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsi praktikasını dayandırmaq

qərarına gəlib. “BBC” xəbər verir ki, Pekin bu qərarın niyə verildiyini izah etməyib, yalnız

bunun beynəlxalq müqavilələrin ruhuna uyğun olduğunu vurğulayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin cümə axşamı keçirdiyi brifinqdə bildirib ki, Pekin

artıq əcnəbilərin ölkədə uşaq övladlığa götürülməsinə icazə vermir, yalnız qan qohumlarının

uşaq və ya ögey oğlunu övladlığa götürə bilməsi istisnadır.

O, bu qərarı izah etməyib, yalnız bunun beynəlxalq konvensiyaları pozmadığını vurğulayıb.

Pekin həmçinin çinli uşaqları övladlığa götürməyə hazır olduqları üçün xarici hökumətlərə və

ailələrə təşəkkür edib.

Son üç onillikdə ən azı 150 min çinli uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb. Onların

əksəriyyəti ABŞ-a gedib. Amerikalı ailələr Çindən 82 674 uşağı övladlığa götürüblər ki, bu da

hər hansı digər ölkədən olan amerikalılar tərəfindən övladlığa götürülən ən çox uşaqdır.

Birləşmiş Ştatlar Çinin qərarının Çində uşaq övladlığa götürmək üçün müraciətləri hələ də

baxılmayan yüzlərlə amerikalı ailəyə necə təsir edəcəyini anlamağa çalışır.

Çindəki ABŞ diplomatları ilə telefon danışığında Pekin, bu müraciətlərə baxmağa davam

etməyəcəyini" söyləyib.

Beləliklə,hakimiyyət ölkədə əhalinin sayının stabil qalması üçün kifayət qədər uşağın

doğulmamasından narahatdır.

2023-cü ildə yeni doğulanların sayı 9,02 milyon nəfərə düşüb və əhalinin ümumi sayı ikinci ildir

ki, azalıb. 2023-cü ilin sonunda ölkə əhalisinin sayı 1,409 milyard nəfər olub ki, bu da 2022-ci

illə müqayisədə 2,08 milyon nəfər azdır.

Bu, dünyanın ikinci ən böyük iqtisadiyyatının gələcək inkişafı ilə bağlı narahatlıqları artırır.

Seçilən
91
oxumeni.az

1Mənbələr