İran Ukraynaya müdaxiləsini dəstəkləmək üçün Rusiyaya yüzlərlə qısa mənzilli ballistik raket verib. Bunun müqabilində Tehran Rusiyanın Su-35 qırıcılarını ala bilər.
Bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) hesabatında deyilir.
Anonim Amerika rəsmisi The Wall Street Journal-a İranın Rusiyaya raketlər göndərdiyini təsdiqləyib. Yüksək rütbəli Avropa rəsmisi bildirib ki, işğalçı ölkəyə İran raketlərinin yeni partiyasının göndərilməsi gözlənilir.
Hesabatda xatırladılıb ki, 2023-cü ilin dekabrında İran və Rusiya İranın “Ababil” qısa mənzilli ballistik raketləri və “Fateh-360” qısa mənzilli ballistik raketlərinin göndərilməsinə dair müqavilə imzalayıblar.
Müharibənin Tədqiqi İnstitutu həmçinin qeyd edib ki, İran 2023-cü ilin avqust və oktyabr aylarından dron və raket istehsalını dəstəkləmək üçün Tehrandan kənarda yerləşən müdafiə sənayesi obyektlərindən ən azı ikisini genişləndirəcək.
Hesabatda deyilir: “Rusiya gələn payız-qış aylarında Ukrayna cəmiyyətində sabitliyi daha da pozmaq və Ukraynanın müdafiə sənayesi bazasını sarsıtmaq üçün Ukraynanın enerji, hərbi və mülki infrastrukturuna hücum etmək üçün İran tərəfindən verilən ballistik raketlərdən istifadə edəcək”.
Oxuməni.az