AZ

"İrlandiya ilə matçda himni oxumayacağam" - İngiltərə millisinin irland məşqçisi

İngiltərə millisinin müvəqqəti baş məşqçisi irlandiyalı Li Karsli Millətlər Liqasında İrlandiya ilə oyundan əvvəl İngiltərə himnini oxumayacağını bildirib.

Fanat.Az xəbər verir ki, “Daily Mail”-ə danışan Karsli bunun səbəbini belə izah edib:

“Mən bunu heç vaxt etməmişəm. Həmişə oyuna və çox diqqət yetirmişəm. Mən hər iki himnə tam hörmətlə yanaşıram və onların hər ikisinin ölkə üçün nə qədər önəmli olduğunu başa düşürəm. Amma həqiqətən futbola köklənmişəm və bundan sonra da məşqçilik işimdə belə davranacağam. Necə ki, rəhbərlik etdiyim 21 yaşadək futbolçulardan ibarət yığmada da belə idi. Həmin vaxt (himnlər səsləndirilərkən) mən rəqibin necə mövqe tutacağı və oyundakı ilk hərəkətlərimiz barədə düşünürəm”.

Qeyd edək ki, İrlandiya - İngiltərə matçı bu axşam baş tutacaq və saat 20:00-da başlayacaq.

Mirağa 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
fanat.az

1Mənbələr