AZ

Qomeş Fransa nəhənginə qayıtdı

Portuqaliyalı yarımmüdafiəçi Andre Qomeş "Lill"ə keçib. 

Fanat.Az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu komandaya azad agent kimi qoşulub. Yarımmüdafiəçi iyun ayında müqaviləsinin müddəti başa çatdığı üçün "Everton"u tərk edib.

Qomeş 2022/23 mövsümündə "Lill"də çıxış edib. O, "itlər"in heyətində 27 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
fanat.az

1Mənbələr