AZ

Məqsəd İtaliya-Azərbaycan Universiteti şəbəkəsində ADA ilə uzunmüddətli əməkdaşlıq qurmaqdır - Luiss Universitetinin Hüquq Fakültəsinin Prezidenti

Bakı. Trend:

Luiss Universiteti və ADA Universiteti arasında səmərəli dialoq2019-cu ildə başlayıb və İtaliya-Azərbaycan Universiteti təşəbbüsüilə bağlı ADA və beş İtaliya Universiteti arasında AnlaşmaMemorandumunun imzalanması ilə nəticələnib.

Trend xəbər verir ki, bunuLuiss Universitetinin Hüquq Fakültəsinin Prezidenti professor PaolaSeverino bildirib.

Paola Severino deyib ki, İtaliya-Azərbaycan Universitetilayihəsi çərçivəsində Luiss Universiteti ilə əməkdaşlıq sahələrinəSosial Elmlər, xüsusilə Qlobal Menecment, Politologiya və "Made inItaly" təcrübəsinin öyrənilməsi daxildir.

Əsas məqsəd ADA ilə birlikdə ikili diplomlu innovativ vəmultidissiplinar akademik proqram tərtib etmək olmuşdur. Buproqramın bir hissəsi "Made in Italy" keyfiyyət nişanınıntəcrübəsini öyrənməyə və bu təcrübə əsasında tələbələrə “Made inAzerbaijan” keyfiyyət nişanını idarə və təbliğ etmək bacarıqlarınıtədris etməyə həsr olunacaqdır.

“İtaliya və Azərbaycan arasında tələbə, professor-müəllim heyətivə işçi heyətinin ünsiyyəti akademik müstəvidə mübadilə üçün münbitşərait yaradır. Bu şərait Luiss-in sorğuya əsaslanan tədris modelivə tələbələrə dəstək mexanizmini təmin edən təlimçi xidməti(tutorship) kimi qabaqcıl təcrübəsindən birgə faydalanmağa imkanverir.

Luiss Universiteti və ADA Universiteti arasındakı akademikəməkdaşlığın uzunmüddətli perspektivdə magistratura pilləsindəndoktorantura pilləsinə genişlənməsi nəzərdə tutulur. Zənnimizcə bu,tədris və tədqiqat arasında əlaqə yaratmaqla yanaşı tədqiqatmetodologiyaları istiqamətində mübadiləyə müsbət təsirgöstərəcəkdir. Akademik proqramlardan əlavə, əməkdaşlığımızprofessor-müəllim heyətinin təlimi, akademik məsləhətçilər vəinzibati işçilərin mobilliyini əhatə edir. Bütün bunlar ikiakademik qurum arasında baxış və tədris metodologiyalarınıuyğunlaşdırmaq məqsədi güdür. Gələn həftədən etibarən ADAUniversitetinin bir qrup işçi heyəti Luiss Universitetində üçhəftəlik təlim proqramını keçməyə başlayacaqdır. Oktyabr ayında isəbir qrup ADA professor-müəllim heyəti Luiss Universitetinə səfəredərək "Made in Italy" üzrə Luiss mütəxəssislər komandasının təşkiletdiyi təlimlərə qoşulacaqdır.

Luiss Universitetinin Hüquq Fakültəsinin Prezidenti qeyd edibki, hazırda İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsindəfəaliyyət göstərən akademik proqram ikili diplomlu Qlobal İdarəetməvə Siyasət (GMAP) – Made in Azerbaijan proqramıdır. Bu proqram, həmdövlət, həm də qeyri-dövlət təşkilatlarında mürəkkəb qlobalməsələlərə təsirli şəkildə yanaşma qabiliyyətinə malikmütəxəssislər yetişdirmək məqsədi daşıyır: “Proqram tələbələrəsosial elmlərdə güclü təməl qazandırmaqla yanaşı, müasir vəmürəkkəb biznes mühitində müvəffəqiyyət qazanmaq və qlobalçağırışlara qərarlı şəkildə cavab verməyə hazırlayır.

GMAP akademik proqramı yuxarıda bildirildiyi kimi, Made inAzerbaijan həmçinin Made in Italy modelinə fokuslanmış modulları daəhatə edir. Luissin tətbiq etdiyi sorğu əsaslı təhsil modelitələbələrə imkan verir ki, şirkətlər və təşkilatlar ilə praktikplanlar və işlər barəsində müzakirələr aparsın və birgə layihələrhazırlasın. Bundan əlavə, bu proqramın məzunları Luiss Alumni(Luiss Məzunları) şəbəkəsindən olan yüksək səviyyəli akademiklər vətanınmış mütəxəssislərlə qarşılıqlı əlaqə qurmaq şansı əldəedəcəklər. Bu proqram 2023-cü ildə, akademik əməkdaşlıq barədəikitərəfli sazişlərin imzalanması mərasimindən cəmi bir il sonrafəaliyyətə başlayıb. Proqramın ilk ilində dərslər Bakıda, əksərənLuiss professorları tərəfindən tədris edilmişdir. 2024-cü ilinyayında bu proqramın tələbələri Romada "Made in Italy" vəAvro-Aralıq dənizi zonası trendləri mövzularında 3 həftəlik yaymodulunu uğurla tamamlamışlar. Bu üç həftəlik proqram nəzəri vəpraktik təcrübəni əhatə edən, sinif dərsləri, ixtisaslaşmışmühazirə və müzakirələr və şirkət ziyarətləri ilə zəngindir vəməqsədi akademik dünya ilə iş dünyası arasında sıx əlaqəyaratmaqdır. Tələbələr bu dövr ərzində müxtəlif sənaye obyektlərinivə onların biznes modellərini dərindən təhlil etmək və müxtəlifsektorlardan mütəxəssisləri dinləmək imkanı əldə etmişlər.Tələbələr ən son marketinq və innovasiya strategiyalarını həyatakeçirməyi və rəqəmsal dövrdə lüks biznesi idarə etməyi öyrənmişlər.ADA-nın beş professor-müəllimindən ibarət qrupu tələbələri bumüddət ərzində müşayiət etmiş və Luiss Universitetininmütəxəssisləri ilə “Made in Italy” təcrübəsinin öyrənilməsi iləbağlı birlikdə işləmişlər. 2024-cü ilin payızında ADA tələbələriRoma şəhərinə qayıdaraq Luiss Universitetində kampusda dərslərəqatılacaq və 2025-ci ilin yayında bu tələbələr İtaliya-Azərbaycantəşəbbüsü çərçivəsində ilk məzunlar olacaqlar. Məzuniyyət mərasimiLuiss-də təşkil ediləcək”.

Paola Severino nəzərə çatdırıb ki, hüquq sahəsində də tələbəmobilliyi üzrə dialoq davam etməkdədir: “Bundan əlavə, 5 sentyabrdaİtaliya Sənaye Konfederasiyasında (“Confindustria”) keçirilmişYüksək Səviyyəli İtaliya–Azərbaycan Dəyirmi Masası müzakirələrindəADA Universitetinin prorektor Elkin Nurməmmədov və LuissUniversitetinin Hüquq Fakültəsinin Prezidenti Professor PaolaSeverino potensial əlavə əməkdaşlıq sahələri, o cümlədən idarəetməqaydaları, təşkilati modellər və qeyri-düzgün idarəetməninqarşısının alınması mövzularını müzakirə etdilər”.

Məqalədə:
Seçilən
84
1
az.trend.az

2Mənbələr