AZ

Bu tarixdə Yerə yaxınlaşacaq Saturn daha böyük və aydın görünəcək

Bakı. Trend:

Sentyabrın 8-də Günəşlə qarşıdurma nöqtəsində olacaq Saturn Yerəmaksimum yaxın olacağı üçün daha parlaq və böyük görünəcək.

Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.

Astronomlar açıq səmada planetin sakinlərinin onu daha aydıngörə biləcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, SaturnunYerlə qarşıdurmaları hər il baş verir və hər 378 gündə bir dəfətəkrarlanır. O, qarşıdurma nöqtəsini keçəndə, Yerə mümkün qədəryaxın olur, parlaq və böyük görünür.

Planetlərin qarşıdurması onların mərkəzlərinin eyni xəttüzərində olduğu konfiqurasiyadır. Yer Günəşlə Saturn planetininarasında - işığın əks istiqamətində yerləşir. Hazırda Saturnunparlaqlığı demək olar ki, sıfıra çatır (+0,57 m), sabah isəplanetin görünən diametri 19,2 qövs-saniyə olacaq.

Məqalədə:
Seçilən
122
5
az.trend.az

6Mənbələr