AZ

Bu yaşda uşaqlarda psixoz və ya şizofreniya xəstəliyinə tutulma ehtimalı yüksəkdir

Birmingem Universiteti tərəfindən aparılan araşdırmanın nəticələri göstərib ki, uşaqlıqda xroniki infeksiyalar və ya xəstəliklər həyatın sonrakı dövrlərində psixi problemlərə səbəb olur.

Publika.az xəbər verir ki, 9 yaşlı uşaqlarda psixoz və ya şizofreniya xəstəliyinə tutulma ehtimalı beş dəfə çox olduğu aşkar edilib.

“Jama Psychiatry” tibb jurnalında dərc edilən araşdırmaya görə, onlarda depressiya və diabet riski daha yüksəkdir.

Tədqiqatçılar 90-cı illərdə yaradılmış və minlərlə insanı doğulduğu andan izləyən məlumat bazasından istifadə ediblər. İştirakçılar 9, 15 və 17 yaşında olarkən c-reaktiv protein (CRP) kimi tanınan iltihab markeri ölçülüb. Alimlər indi antiinflamatuar dərmanların psixoz və şizofreniya xəstələrinə kömək edə biləcəyini öyrənmək üçün başqa bir araşdırma aparırlar.

Seçilən
149
1
publika.az

2Mənbələr