AZ

Neftçidən Rövşən Nəcəfə sual- Nəyə görə özü və yaxın ətrafındakı işçilərin əmək haqları dəfələrlə qaldırılsa da….

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı soail hesabında paylaşım edib. 
XALQ.AZ həmin paylaşımı olduğu kimi təqdum edirik:
Çoxsaylı müşavirli,müavinli,köməkçili, katibəli və s. SOCAR prezidenti cənab Rovshan Nəcəf!
Neftçi yazır ;
SOCAR idarələrində bu il yanvar ayından iyul ayına qədər guya 13-cü maaş veriləcək deyə söz-söhbətlər gəzirdi.İşçiləri maaş artımı olmasa da işləməyə həvəsləndirirdilər.Sonra bu şaiyəni bonus ödəmələri adıyla davam etdirdilər.Hətta bir iki cızma-qara da ortaya atıldı. Düstur,formula kəşf etdilər.Həmin düstura əsasən həmişəki kimi mühəndislər fəhlələrdən dəfələrlə çox bonus alacaq idi.İndi də deyirlər ki, 20 sentyabrda hər bir işçiyə 500 manat veriləcək, vəssalam! Maraqlıdır, nəyə görə belə bir şaiyələr ortaya atılır? Bu şaiyələr kimləri qane edir? Əlbəttə ki, başda SOCAR prezidenti olmaqla bir çoxlarını! Əks halda rəsmi izahat,açıqlama verilməli idi. Hətta rəhbərlik üçün bu cür şaiyələr qənaətbəxş deyilsə belə,yenə də onların təqsiri üzündən belə aldadıcı məlumatlar dolaşmaqdadır.Birincisi ona görə ki, əmək haqqının illik infilyasiyaya uyğun indeksasiya olunmalıdır,əməl edilmir. İkincisi, yeni SOCAR rəhbərliyi də köhnə ənənələri davam etdirir, mətbuat, media üçün qapıları bağlıdır.Görəsən elə bir şəxs tapıla bilərmi ki,belə bir sualla Rövşən Nəcəf cənablarına müraciət etsin:
Nəyə görə özü və yaxın ətrafındakı işçilərin əmək haqları dəfələrlə qaldırılsa da ən ağır işləri görən fəhlə-mühəndis heyətinin əmək haqları ildə bircə dəfə də olsa, heç olmasa rəsmi infilyasiyaya uyğun da olsa artırılmır? Ölkə büdcəsinə əhəmiyyətli dərəcədə xeyir verən neftçi, normal maaş almadığına görə borc ,kredit bataqlığından qurtula bilmir.?
Niyə cənab şirkət prezidenti?
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
xalq.az

1Mənbələr