Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə heç bir xarici səfər planlaşdırmır.
İqtisadiyyat.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
O, müvafiq suala belə cavab verib: "Xeyr, yaxın vaxtlarda planlaşdırılmır".
Kreml nümayəndəsinin sözlərinə görə, növbəti xarici səfərin nə vaxt baş tutacağı barədə hələlik məlumat yoxdur.