AZ

Anklavlar təhvil verilir: Öncə bu kəndlər qaytarılır...

Sərhədlərin delimitasiya və demarkasiyası çərçivəsində anklavlarla bağlı məsələlər də öz həllini tapmalıdır. Eyni zamanda bu məsələlərə kompleks şəkildə yanaşılmalıdır. Qazaxın anklav olan kəndləri və Naxçıvanın da hələ də Ermənistanın nəzarətində olan Kərki kəndi ilə bağlı məsələlər artıq yekunlaşmalıdır.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

O qeyd edib ki, ilkin variantda hansı məsələlər həll olunubsa, onlar artıq yekunlaşdı:

“İndi Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqların nəticəsindən asılı olaraq digər məsələlər öz həllini tapmalıdır. Güman olunur ki, aparılan müzakirələrdən sonra ilkin olaraq ərazilərin hansı istiqamətdə qaytarılması nəzərdə tutula bilər”.

Partiya sədrinə görə, indidən bu istiqaməıtdə dəqiq proqnoz vermək çətindir:

“Hazırda iki tərəf arasında müzakirələr gedir. Zəngəzur dəhlizi də daxil olmaqla anklavlar, ərazi mübadiləsi və başqa mövzular da müzakirə predmeti ola bilər”.

Fazil Mustafa hesab edir ki, nəticələrin necə olacağı, Azərbaycan və Ermənistan arasında aparılan ikitərəfli danışıqların yekununda ortaya çıxacaq:

“Qazaxın anklav olan kəndlərinin nə vaxt təhvil veriləcəyi ilə bağlı konkret fikir söyləmək çətindir. Vaxt baxımından bu prosesin həlli gözlənilir. Amma əvvəl-axır bu kəndlər Azərbaycana təhvil verilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
165
1
teleqraf.com

2Mənbələr