AZ

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

“Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir”.

"Operativ Media" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə müsahibəsində deyib.

O xatırladıb ki, mötəbər tədbir noyabrın 11-dən 22-nə kimi davam edəcək. Hazırlıq işləri çərçivəsində müxtəlif qurumların iştirakı ilə idarəetmə mərkəzlərinin yaradıldığını deyən nazir müavini fikirlərinə belə davam edib: “Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir.

Bakı tədbiri ən maraqlı COP tədbirlərindən olacaq və alınan qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılmasında mühüm əhəmiyyət kəsb edəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
29
operativmedia.az

10Mənbələr