25 il "Atletik"in şərəfini qoyan İker Muniain komandasını dəyişib.
İdman.biz xəbər verir ki, 31 yaşlı hücumçu Argentinanın “San Lorenso” klubuna keçib.
Argentina klubu 31 yaşlı futbolçu ilə 2025-ci ilin dekabrına qədər müqavilə imzaladığını açıqlayıb.
Qeyd edək ki, Muniain "Atletik"də 500-dən çox matçda iştirak edib. “San Lorenso” İkerin karyerasındakı ikinci komanda olacaq.
İdman.biz