Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, 3-cü yarış günündə növbəti çəkilərdə qaliblər müəyyənləşir.
90 kq çəki dərəcəsində Tuncay Şamil ilkin mərhələdə litvalı Kiril Volkovu, ardınca 1/8 finalda italiyalı Kristiano Minçinezini üstələyib. O, 1/4 finalda serbiyalı Milyan Radulja məğlub olub. Şamil təsəlliverici görüşdə xorvatiyalı Borna Butuyevi yenərək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.
Təmsilçimiz italiyalı Henri Ovusunu da məğlub edərək 3-cü pillənin sahibi olub.
Avropa çempionatının ikinci günündə ikinci qızıl medal
Vüsal Qələndərzadə qızıl medal qazandı
Avropa çempionatı: 2 cüdoçumuz finalda!
Avropa çempionatının ikinci günü 4 cüdoçumuz tatamiyə çıxacaq
Əlizadədən qızıl, İmranovdan gümüş medal