Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın yeni baş naziri Mişel Barnieri İrəvana dəvət edib.
Senzor.az bildirir ki, bu barədə yerli KİV ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
O, Barnierin Ermənistanla bağlı məsələlərə diqqətini yüksək qiymətləndirərək, onun ölkə üçün çətin bir dövrdə Ermənistana səfərini xatırladıb.
“Mən sizin yaxın gələcəkdə Ermənistana rəsmi səfərinizi səbirsizliklə gözləyirəm və inanıram ki, bu, Ermənistan və Fransa arasında inkişaf edən əməkdaşlığın genişləndirilməsi və yeni proqramların müəyyənləşdirilməsi məsələlərini müzakirə etmək üçün əla fürsət olacaq”, - deyə Ermənistanın baş naziri vurğulayıb.