"Bavariya"nın futbolçusu Leroy Sane gələn yay "Liverpul"a keçə bilər.
90deqiqe.Az-ın “TodoFichajes”ə istinadən məlumatına görə, Mersisayd təmsilçisi alman oyunçunu misirli forvard Məhəməd Salaha əvəzləyici olaraq nəzərdən keçirir. Salah komandadan ayrılacağı təqdirdə "Liverpul" Sane üçün danışıqlara başlayacaq.
Leroya Səudiyyə Ərəbistanı klubları da maraq göstərir, lakin o, Çempionlar Liqasında oynamağa davam etməyə üstünlük verir. 28 yaşlı Sane yenidən Premyer Liqada oynamağa razıdır.
Sanenin "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Leroy Sane 2016-2020-ci illərdə "Mançester Siti"də çıxış edib.