Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, onların rayonlarda dərs keçməsi üçün həvəsləndirici addımlar atılmalıdır:
“Müəllimlərin işə qəbul imtahanından sonra bir çox hallarda rayonlarda, kənd məktəblərində qalan vakant yerləri təəssüf ki, namizədlər seçmirlər. İstəyərdik ki, həmin yerlər seçilsin. Burada nazirlik tərəfindən, eyni zamanda Məktəbə qədər və Ümumi təhsil Dövlət Agentliyi tərəfindən müəyyən həvəsləndirici addımlar atılmalıdır. Həmçinin də, rayonda çalışmaq istəyən müəllimlərin kommunal xərclərdən azad edilməsi, kirayə ev xərclərinin qarşılanması və bir çox əlavə atmaqla bu məsələ öz həllini tapacaq. Təəssüflər olsun ki, həm dərs saatının azlığı və bu kimi həvəsləndirici addımların tətbiq olunmaması bir çox hallarda həmin yerlərin seçilməməsi ilə nəticələnir ki, bu da 2 mindən çox vakant yerlərin boş qalmasına səbəb olur”.
Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.