AZ

Bundestimdə yeni kapitan

Almaniya yığmasının yeni kapitanının adına aydınlıq gəlib. Bu funksiya Coşua Kimmixə həvalə edilib.

“Bavariya”nın oyunçusu ötən ay milli komandadan ayrılan İlkay Gündoğanın yerini tutub. Yığma rəhbərliyinin ümumi qərarına əsasən, vitse-kapitanlar “Real”ın müdafiəçisi Antonio Rüdiger və “Arsenal”ın vingeri Kay Haverts olacaqlar.

Xatırladaq ki, 29 yaşlı Kimmix 2016-cı ildən Almaniya millisinin üzvüdü. O, bundestimdə 91 oyuna 6 qol vurub.

Seçilən
122
football-plus.az

1Mənbələr